Türkiyədə ATIŞMA: 7 polis yaralandı

08:49 - 5 İyun 2023

Türkiyədə ATIŞMA: 7 polis yaralandı

Türkiyədə Konya vilayətinin Ereğli rayonunda iki qrup arasında baş verən mübahisə silahlı insidentlə yekunlaşıb.

Manset.az  “Haber Global”a istinadən xəbər verir ki, hadisə zamanı 4 nəfər odlu silahdan açılan atəşlə yaralanıb.

Çağırış əsasında silahlı insidentin olduğu əraziyə polis və tibb işçiləri göndərilib. Dava edən şəxsləri ayırmağa çalışan 7 polis əməkdaşı da müxtəlif yerlərindən güllə yaraları alıblar.

Yaralılar ilkin müdaxilələrdən sonra Ereğli Dövlət Xəstəxanasına aparılıblar.

Hadisədə iştirak edən 6 nəfər saxlanılıb.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin