Krivotsyukun komandası doğma meydanda uduzdu

23:50 - 4 İyun 2023

Krivotsyukun komandası doğma meydanda uduzdu

Futbol üzrə Cənubi Koreya çempionatında 16-cı turun oyunları keçirilib.

 

Manset.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “İnçeon”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:3.

Anton da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Milli üzvü bu görüşün 56-cı dəqiqəsində sarı vərəqə də alıb.

“Daejeon” hazırda 22 xalla 6-cı pillədə qərarlaşıb.


Xəbər xətti

24 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin