Sülh müqaviləsi bağlana bilər - Qriqoryan tarix açıqladı

22:12 - 4 İyun 2023

Sülh müqaviləsi bağlana bilər - Qriqoryan tarix açıqladı

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi bağlamaq imkanının olduğunu bildirib.

 

Manset.az xəbər verir ki, bu barədə o, Ermənistan İctimai Televiziyasının efirində danışıb.

“Danışıqlar çox intensiv gedir. Əgər biz bu intensivliyi qoruyub saxlaya bilsək və beynəlxalq birlikdən güclü yardım olsa, o zaman ilin sonuna qədər sülh müqaviləsinin bağlanması ehtimalı var”, - deyə Qriqoryan vurğulayıb.

Onun sözlərinə görə, Ermənistan tərəfi mümkün qədər tez sülh sazişi bağlamaqda qərarlıdır.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin