“Atletiko Mineyro”da çıxış edən 36 yaşlı Halk uzaq məsafədən qapını dəqiq nişan alaraq komandasına qələbə qazandırıb.
Manset.az xəbər verir ki, futbolçu Braziliya çempionatında “Kruzeyro” ilə matçda (1:0) möhtəşəm qol vuraraq komandasına qələbə qazandırıb.
Qeyd edək ki, bu mövsüm hücumçu Braziliya çempionatında 9 oyunda 5 qol vurub.