Oğlunun dəfnində iştirak üçün həbsdən buraxıldı

16:55 - 4 İyun 2023

Oğlunun dəfnində iştirak üçün həbsdən buraxıldı

Həbsdə olan Müsəlman Birliyi Hərəkatının üzvü Mahir Əzimov oğlunun dəfn mərasimində iştirak üçün azadlığa buraxılıb.

 

Manset.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya onun vəkili Zibeydə Sadıqova məlumat verib.

Vəkil bildirib ki, Mahir Əzimov bir az əvvəl 3 günlük həbsdən buraxılıb.

Qeyd edək ki, Mahir Əzimovun 14 yaşlı oğlu Məhəmməd Əzimov ötən gün dənizdə boğulub.

M. Əzimov bir müddət əvvəl qanunsuz narkotik dövriyyəsində ittiham olunaraq həbs olunub. O, Bakı İstintaq Təcridxanasında saxlanılır.


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin