Laçında bir tondan artıq çətənə kolu məhv edildi - FOTO

10:50 - 4 İyun 2023

Laçında bir tondan artıq çətənə kolu məhv edildi - FOTO

Laçın rayonunun Zabux qəsəbəsində çəkisi 1 ton 250 kiloqram olan çətənə kolu məhv edilib.

 

Daxili İşlər Nazirliyinin Bərdə regional qrupundan Manset.az-a verilən məlumata görə, Laçın Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində rayonunun Zabux qəsəbəsinin ərazisində, eyniadlı çayın sahilində çətənə bitkiləri aşkar edilib.

Qeyd olunan ərazidə yabanı halda bitən çəkisi 1 ton 250 kiloqram olan 2850 ədəd çətənə bitkisi kökündən çıxarılaraq toplanılıb və yandırılma üsulu ilə məhv edilib.



Xəbər xətti

6 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin