Azərbaycan Kubokunun final oyununda hesab açıldı - YENİLƏNİB

22:44 - 3 İyun 2023

Azərbaycan Kubokunun final oyununda hesab açıldı - YENİLƏNİB

Azərbaycan Kubokunun final oyunu keçirilib.

 

Manset.az xəbər verir ki, “Neftçi” və “Qəbələ” arasında keçirilən görüşlə 2022/2023 mövsümünə yekun vurulub.

“Bakcell Arena”dakı matçın 90 dəqiqəsində qapılara qol vurulmadığından, daha 30 dəqiqə oynanılıb. Əlavə vaxtda bölgə təmsilçisi hesabı açıb. 102-ci dəqiqədə İsnik Alimi penaltidən fərqlənərək, “qırmızı-qaralar”ı önə keçirib. Bu, həm də qarşılaşmada vurulan yeganə qol olub.

Beləliklə, 1:0 hesablı qələbə qazanan “Qəbələ” tarixində 2-ci dəfə Azərbaycan Kubokuna yiyələnib. “Qırmızı-qaralar”, bunadək turnirdə yegənə uğuruna 2018/2019 mövsümündə nail olmuşdu. Elmar Baxşıyevin rəhbərlik etdiyi komanda 4 illik həsrətə son qoyub.

***22:34

“Neftçi” ilə “Qəbələ” arasında keçirilən Azərbaycan Kubokunun final oyununda əlavə vaxt başlayıb.

 

Manset.az xəbər verir ki,  90 dəqiqə ərzində qapılara qol vurulmadığından, komandalar daha 30 dəqiqə mübarizə aparacaqlar.

***22:13

Azərbaycan Kubokunun final oyununda hesab açılıb.

 

Manset.az xəbər verir ki, “Qəbələ” “Neftçi” ilə matçda önə keçib.

102-ci dəqiqədə İsnik Alimi penaltidən fərqlənib.

***21:53
“Neftçi” ilə “Qəbələ” arasında keçirilən Azərbaycan Kubokunun final oyununda 90 dəqiqə başa çatıb.

 

Manset.az xəbər verir ki,  görüşdə qapılara qol vurulmadığından, əlavə 30 dəqiqə oynanılacaq.

Qarşılaşma “Bakcell Arena”da keçirilir.

***21:05
“Neftçi” ilə “Qəbələ” arasında keçirilən Azərbaycan Kubokunun final oyununda fasilə başa çatıb.

 

Manset.az xəbər verir ki, “Bakcell Arena”da baş tutan görüşün ikinci hissəsi start götürüb.

Qarşılaşmada hesab açılmayıb.

***20:49
Azərbaycan Kubokunun final oyununda birinci hissə başa çatıb.

Manset.az xəbər verir ki,  “Neftçi” ilə “Qəbələ” arasında keçirilən matçın ilk yarısında hesab açılmayıb.

***20:00
Azərbaycan Kubokunda final oyunu start götürüb.

 

Manset.az xəbər verir ki,  mövsümün son görüşü “Neftçi” ilə “Qəbələ” arasında keçirilir.

Qarşılaşma “Bakcell Arena”da oynanılır.

***18:52
Bu gün futbol üzrə Azərbaycan Kubokunun final oyunu keçiriləcək.

 

Manset.az xəbər verir ki, həlledici görüşdə "Neftçi" və "Qəbələ" komandaları üz-üzə gələcəklər.

Artıq hər iki komandanın start heyətləri açıqlanıb.

“Neftçi”: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 26. Ömər Buludov, 21. İsmayıl Zülfüqarlı, 6. Voyislav Stankoviç, 4. Solomon Kverkveliya, 5. Kenni Sayef, 23. Ataa Caber, 22. Kilan Lebon, 9. Mateus Saldanya
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 7. Azər Əliyev, 2. Mert Çelik, 27. Fərid Yusifli, 91. Ağadadaş Salyanskiy, 10. Sezar Meza Kolli, 18. Vato Arveladze, 77. Yeqor Boqomolski
Baş məşqçi: Laurentsiu Regekampf

“Qəbələ”: 13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 28. Murad Musayev (k), 77. Emil Səfərov, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 23. Rafael Utziq, 72, 97. Felipe Santos, 9. Əyyub Allaş
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 36. Elməddin Sultanov, 34. Urfan Abbasov, 14. Ülvi İsgəndərov, 7. Rövlan Muradov, 33. Hüseyn Mürsəlov, 12. Rüfət Əhmədov, 16. Nicat Əliyev, 17. Yaovi Akakpo, 10. Omar Hani, 8. Andery Strijak
Baş məşqçi: Elmar Baxşıyev

Qeyd edək ki, “Bakcell Arena”da oynanılacaq matç saat 20:00-da başlayacaq.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin