Messi PSJ-ni tərk edir - RƏSMİ

22:11 - 3 İyun 2023

Messi PSJ-ni tərk edir - RƏSMİ

Fransanın PSJ futbol klubu argentinalı hücumçu Lionel Messi ilə yollarını ayıracağını rəsmən açıqlayıb.

 

Manset.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yayılıb.

O, bu mövsümün sonunda komandanı tərk edəcək. Messinin karyerasını harada davam etdirəcəyi hələlik məlum deyil.

“Fransa paytaxtında keçirdiyi iki mövsümdən sonra Lionel Messinin PSJ-dəki macərası başa çatacaq. Klub Leoya gələcək karyerasında daha böyük uğurlar arzulayır. Klub PSJ ilə iki liqa titulunu da qazanan Qızıl topun yeddiqat qalibinə səmimi təşəkkürünü bildirir", - açıqlamada deyilir.

Argentinalı futboçu PSJ ilə iki mövsümdə 57 liqa oyununda iştirak edib, 22 qol vurub və 30 məhsuldar ötürmə edib.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin