İngiltərə kubokunun qalibi məlum oldu

20:44 - 3 İyun 2023

İngiltərə kubokunun qalibi məlum oldu

“Mançester Siti” “Mançester Yunayted”i məğlub edərək yeddinci dəfə İngiltərə Kubokunu qazanıblar.

 

Manset.az xəbər verir ki, Londonun “Uembli” stadionunda keçirilən görüş 2:1 hesabı ilə başa çatıb.

Kubok 1871-ci ildən bəri keçirilən dünyanın ən qədim futbol yarışmasıdır. İngiltərə kuboklarının sayına görə rekordçusu 14 qalibiyyətlə Londonun “Arsenal” klubudur.

Qeyd edək ki, mayın 20-də “Mançester Siti” ardıcıl üçüncü dəfə futbol üzrə İngiltərə çempionu olub.


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin