Daha 6 yeni yoluxma - Ölənlər var

20:10 - 3 İyun 2023

Daha 6 yeni yoluxma - Ölənlər var

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Manset.az-a verilən məlumata görə, son sutkada infeksiyaya 6 yeni yoluxma faktı qeydə alınıb.

COVID-19-a yoluxan 9 nəfər sağalıb, iki nəfər dünyasını dəyişib.

İndiyədək ölkədə ümumilikdə 831 859 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 539 nəfər müalicə olunaraq sağalıb, hazırda 43 aktiv xəstə var. Bu günə qədər 10 277 nəfər vəfat edib.

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 830, bu günə qədər isə ümumilikdə 7 624 100 test icra olunub.

 



Xəbər xətti

18 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin