Türkiyənin yeni hökuməti bu axşam açıqlanacaq

19:04 - 3 İyun 2023

Türkiyənin yeni hökuməti bu axşam açıqlanacaq

Türkiyənin yeni hökumət kabineti bu axşam açıqlanacaq.

 

Manset.az xəbər verir ki, bu barədə andiçmə mərasimindən sonra keçirilən qəbulda çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

O qeyd edib ki, çərşənbə axşamı günü yeni hökumət kabinetinin ilk iclası keçiriləcək.

"Siyasi baxışından, mənşəyindən, məzhəbindən asılı olmayaraq, 85 milyon insanın hamısını qucaqlayacağıq. Sevgili millətimizin şəxsimizə, partiyamıza və ittifaqımıza olan etibarını sarsıtmayacağıq", - Ərdoğan bildirib.

Xatırladaq ki, bu gün Türkiyə parlamentində Ərdoğanın andiçmə mərasimi keçirilib.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin