Rusiyanın St. Sankt-Peterburqun Sofiyskaya küçəsində səhər saatlarında sürücüsü sükanın idarəetməsini itirən yük maşını qarşı zolağa çıxıb.
Manset.az "TRT Haber-ə istinadən xəbər verir.
Yük maşınının hərəkətdə olan maşınlara çırpılması nəticəsində ərazi döyüş meydanına çevrilib.Əraziyə təcili yardım və xilasedicilər göndərilib.
13 avtomobilin iştirakı ilə baş verən faciəvi qəzada 2-si ağır olmaqla ümumilikdə 12 nəfərin yaralandığı, yaralıların isə xəstəxanalarda müalicəsinin davam etdiyi açıqlanıb.
Hadisə ilə bağlı araşdırma başladılıb.
Jalə
Manşet.az