“Neftçi” ilk yay transferini həll etdi

17:15 - 3 İyun 2023

“Neftçi” ilk yay transferini həll etdi

Azərbaycan millisinin üzvü Emil Balayev “Səbail”dən ayrılacaq.

 

Manset.az xəbər verir ki, 29 yaşlı futbolçu azad agent kimi “Neftçi”yə keçəcək. Tərəflər artıq bütün məsələlərdə razılaşıblar. Yaxın günlərdə keçid açıqlanacaq.

“Neftçi” digər qapıçısı Aqil Məmmədovla yolları ayıracaq. Təcrübəli qolkiperin növbəti mövsüm Premyer Liqada çıxış edəcək “Araz Naxçıvan”a keçidi gündəmdədir.

Qeyd edək ki, Emil Balayev “Neftçi”nin yetirməsidir. O, 2011-2015-ci illərdə “ağ-qaralar”ın üzvü olub.


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin