Türkiyədə ən böyük istilik elektrik stansiyasında YANĞIN - VİDEO

16:48 - 3 İyun 2023

Türkiyədə ən böyük istilik elektrik stansiyasında YANĞIN - VİDEO

Kahramanmaraşın Afşin rayonunda Türkiyənin ən böyük istilik elektrik stansiyasında təmir zamanı yanğın baş verib.

 

Manset.az xəbər verir ki, Afşin və Elbistan arasındakı Çoğulhan bölgəsində yerləşən B istilik elektrik stansiyasının 3-cü blokunun baca qazlarının təmizlənməsi sistemində təmir işləri aparılarkən yanğın başlayıb. Dərhal güclənən yanğın nəticəsində səmaya qara tüstü yayılıb.

Hazırda yanğınsöndürmə qrupları yanğının böyüməsinin qarşısını almağa nail olublar. Lakin yanğınsöndürmə işləri davam edir.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin