Azərbaycanda qaçırılan qız intihara cəhd etdi

15:28 - 3 İyun 2023

Azərbaycanda qaçırılan qız intihara cəhd etdi

Biləsuvarda məcburi qaçırılan qız intihara cəhd edib.

 

Manset.az qafqazinfo-ya istinadən xəbər verir k, 20 yaşlı qız damarlarını kəsərək özünü öldürmək istəyib.

O, müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsində araşdırma aparılır. Müvafiq ekspertizalar təyin edilib. 

Əməli törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

Araşdırmanın nəticəsində məsələyə hüquqi qiymət veriləcək.


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin