Daha 4 rayonda “Açıq mikrofon” aksiyası olacaq - FOTO

13:51 - 3 İyun 2023

Daha 4 rayonda “Açıq mikrofon” aksiyası olacaq - FOTO

SOCAR “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyaları davam edir.

 

Manset.az xəbər verir ki, növbəti həftə (05-07.06.2023 və 09.06.2023 tarixləri) daha 1 şəhər və 3 rayonda “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyaları keçiriləcək.

Aksiya həftənin 1-ci günü saat 11:00-dan 12:00-dək Zərdab rayonunda (Həsən bəy Zərdabi adına Park), 2-ci günü saat 11:00-dan 12:00-dək Tərtər rayonunda (Heydər Əliyev Muzeyinin qarşısı), 3-cü günü saat 14:00-dan 15:00-dək Mingəçevir şəhərində (Heydər Əliyev Mərkəzinin qarşısı), 5-ci günü saat 11:00-dan 12:00-dək Ağcabədi rayonunda (Heydər Əliyev Parkı) baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.



Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin