Ərdoğan bu gün and içəcək

09:26 - 3 İyun 2023

Ərdoğan bu gün and içəcək

Bu gün yenidən Türkiyə Prezidenti seçilmiş Rəcəb Tayyib Ərdoğan and içəcək.

 

Manset.az xəbər verir ki, mərasim Türkiyə Böyük Millət Məclisində (TBMM) yerli vaxtla saat 14:00-da baş tutacaq.

Tədbirdə bir çox dünya liderlərinin, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistan baş naziri Nikol Paşinyanın, NATO baş katibi Yens Stoltenberqin və digər dövlət və hökumət başçılarının iştirakı gözlənilir.

Məlumata görə, Ərdoğan andiçmə mərasimindən sonra Anıtqəbiri ziyarət edəcək və ardınca onun vəzifəyə başlaması mərasimi keçiriləcək.

Daha sonra Ərdoğan yeni Nazirlər Kabinetinin tərkibini açıqlayacaq.

Xatırladaq ki, Türkiyədə prezident seçkiləri mayın 14-də baş tutub. Bu zaman prezidentliyə namizədlərdən heç biri 50 %-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu keçirilib.

Mayın 28-də keçirilən seçkilərin ikinci turunun nəticələrə əsasən “Cümhur İttifaqı"ndan prezidentliyə namizəd, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri Rəcəb Tayyib Ərdoğan 52,18 faiz səslə qalib gəlib.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin