Almaniyada 7 İŞİD üzvü saxlanıldı

00:00 - 3 İyun 2023

Almaniyada 7 İŞİD üzvü saxlanıldı

Almaniya polisi İŞİD terror qruplaşmasının 7 üzvünü saxlayıb.

Manset.az  Euronews telekanalına istinadla xəbər verir ki, həbs edilən dörd qadın və üç kişi terror təşkilatı üçün ianə toplayıb.

 

Yığılan pulun həbs edilmiş İŞİD üzvlərinin Suriyadakı düşərgələrdən qaçmasına kömək məqsədi daşıdığı düşünülür.

Əməliyyat zamanı saxlanılan İŞİD üzvləri Federal Məhkəmə qarşısına çıxarılacaq.

Saxlanılanlar arasında dörd Almaniya vətəndaşının, həmçinin bir Kosovo albanı, bir türk və bir mərakeşlinin olduğu qeyd edilib. Onlar polis tərəfindən  həbs olunana qədər 65 000 avrodan çox pul toplayıblar.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin