Amerikalı biznesmen İlon Mask tviterin adını dəyişmək qərarına gəlib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Mask yeni ad və loqotip X hərfini seçib.
“Bu həqiqətdir”, - deyə o “T(w)itter Daily News”ın məlumatını şərh edib.
Mayın 31-də “The Babylon Bee Talks” nəşrinə müsahibəsində “təsviredici brendlərə” inanıram, bu halda X “istənilən məna verə bilər” - deyə Mask bildirib.