Kanadada bir neçə gündür meşə yanğınları davam edir.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, meşə yanğınları zamanı 3 milyon hektar sahə külə dönüb.
Əraziyə xarici ölkələrdən 2400 yanğınsöndürən cəlb olunub.
İlkin məlumata görə, ölkədə 211 yanğın ocağı qeydə alınıb, onlardan 82-ni hələ də nəzarət altına almaq mümkün olmayıb.