İtaliyada 7 mərtəbəli binada güclü yanğın olub.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə hadisə paytaxt Romada baş verib. Yanğın yaxınlıqdakı binalara da keçib. Əraziyə yanğınsöndürənlər və təcili yardım maşını cəlb olunub.
Yanğın nəticəsində 1 nəfər ölüb, 17 nəfər yaralanıb. Yaralılar təcili xəstəxanaya yerləşdiriliblər. yaralıların sayının artacağı gözlənilir.
Ətrafdakı binalardakı sakinlər təxliyyə olunub, ərazidə çadırlar qurulub.
Manşet.az