“Biz heç bir NATO ölkəsini müharibəyə sürükləməyəcəyik" - Zelenski

23:23 - 2 İyun 2023

“Biz heç bir NATO ölkəsini müharibəyə sürükləməyəcəyik

Ukrayna prezidenti Zelenski danışıqlar aparmaq üçün Ukraynanın paytaxtı Kiyevə gələn Estoniya prezidenti Alar Karis ilə görüşüb.

 

Bu barədə Manset.az Türkiyə mediasına istinadən xəbər verir.

Ukrayna prezidentinin ofisindən verilən məlumata görə, görüşdə Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi, bu il üçün nəzərdə tutulan beynəlxalq tədbirlər, Ukraynanın Avropa İttifaqına inteqrasiyası və digər məsələlər müzakirə olunub.

Zelenski Karisə Ukraynanın sülh formulu həyata keçirmək səyləri haqqında məlumat verib.

 Zelenski görüşdən sonra keçirilən birgə mətbuat konfransında danışıb.

Ukraynanın NATO üzvlüyünə toxunan Zelenski, “Biz heç bir NATO ölkəsini müharibəyə sürükləməyəcəyik. Ona görə də başa düşürük ki, bu müharibə davam etdiyi müddətdə NATO-ya üzv olmayacağıq. İstəmədiyimizə görə yox, mümkünsüz olduğuna görə”. qiymətləndirməsini isdəyib.

Zelenski Ukraynanın NATO üzvlüyünə alternativ axtarmadığını, eyni zamanda onun ölkəsinin Rusiyaya qarşı müharibə bitənə qədər təhlükəsizlik zəmanətlərinə ehtiyacı olduğunu vurğulayıb.

Estoniya prezidenti Karis də “Ukrayna Aİ və NATO-nun üzvü kimi Avropa ailəsinin demokratik ölkələri dairəsinə daxil olmalıdır” . bildirib.

Həmçinin "Mən həm döyüş meydanında, həm də Aİ və NATO-ya gedən yolda Ukraynaya dəstəyimizi təsdiq etmək istəyirəm" - Karis deyib.

Jalə

Manşet.az


Xəbər xətti

18 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin