İran və Səudiyyə Ərəbistanı arasında kritik yaxınlaşma

23:00 - 2 İyun 2023

İran və Səudiyyə Ərəbistanı arasında kritik yaxınlaşma

Səudiyyə Ərəbistanı və İran ikitərəfli münasibətlərdə daha müsbət gözləntiləri olduğunu açıqlayıb

Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Ferhan və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan iki ölkə arasındakı münasibətlərdə daha müsbət gözləntilərin olduğunu bəyan ediblər.

Manset.az  Səudiyyə Ərəbistanı rəsmi xəbər agentliyinə istinadən xəbər verir ki,  SPA-da yer alan xəbərə görə, Səudiyyə Ərəbistanının xarici işlər naziri Bin Ferhan Cənubi Afrikanın Keyptaun şəhərində keçirilən “BRİKS Xarici İşlər Nazirləri Toplantısı” çərçivəsində İranın xarici işlər naziri Abdullahiyan ilə görüşüb.

Görüş zamanı nazirlər “məsləhət görüşlərinin intensivləşdirilməsi və ikitərəfli əməkdaşlıq yollarının qiymətləndirilməsi” arzularını ifadə ediblər və iki ölkə arasında münasibətlərdə daha müsbət gözləntilərin olduğunu qeyd ediblər.

Müxtəlif sahələrdə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi yollarını müzakirə edən tərəflər, həmçinin iki ölkə arasında Pekində imzalanmış sazişin həyata keçirilməsi istiqamətində addımların izlənilməsi və beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsi istiqamətində ikitərəfli işlərin intensivləşdirilməsi məsələsini də müzakirə ediblər.

Ər-Riyad və Tehran 7 illik fasilədən sonra martın 10-da Pekində Çin rəsmiləri vasitəsilə iki ay ərzində diplomatik əlaqələrin bərpası barədə razılığa gəliblər.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və səudiyyəli həmkarı Feysəl bin Ferhan da aprelin 6-da Pekində görüşüb və iki ölkənin səfirliklərinin açılması, iki ölkə arasında uçuşların bərpası və vizaların sadələşdirilməsi barədə razılığa gəliblər.

Uzun illərdən sonra İrandan Səudiyyə Ərəbistanına ilk yüksək səviyyəli səfər olan İranın iqtisadiyyat naziri İhsan Handuzi mayın 11-də nümayəndə heyəti ilə Səudiyyə Ərəbistanının Ciddə şəhərinə gedib.

Abdullahiyanın verdiyi açıqlamada Səudiyyə Ərəbistanının Tehran səfirini onlara təqdim etdiyini, həmçinin qısa müddət ərzində Ər-Riyada təyin olunacaq səfirlə bağlı Səudiyyə Ərəbistanına məlumat verəcəklərini bildirib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının xarici işlər naziri Bin Ferhan sonuncu dəfə mayın 13-də iranlı həmkarı Abdullahiyan ilə telefon danışığı aparıb.

Jalə

Manşet.az


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin