BMT-nin baş katibi Antonio Quterreş Seneqaldakı zorakılığı pisləyib və bütün tərəfləri təmkinli olmağa çağırıb.
Bu bardə Manset.az "HABERTURK.COM"-a istinadən xəbər verir.
Qeyd edək ki, Seneqal məhkəməsinin gəncləri cinayətə sövq edən müxalifət lideri və prezidentliyə namizəd Ousmane Sonkonu 2 il həbs cəzasına məhkum etməsindən sonra hadisələrdə 9 nəfərin ölümünə BMT və Qərbi Afrika Regional Bloku reaksiya verib.
Dakarda dünən keçirilən məhkəmə iclasında Sonko zorlama ittihamlarından azad edilib və gəncləri cinayətə təhrik etdiyi üçün 2 il həbs cəzasına məhkum edilib.
Qərbi Afrikanın əsas regional bloku olan ECOWAS da Seneqalda təhlükəsizlik qüvvələrinə və əmlaka qarşı zorakılığı pisləyərək, vəziyyətin narahatlıqla izləndiyini ifadə edib.
Sonkonun partiyası PASTEF-dən verilən açıqlamada məhkəmənin qərarının siyasi sui-qəsdin bir hissəsi olduğu bildirilib və partiya tərəfdarlarına "bütün fəaliyyətləri dayandırıb küçələrə çıxmağa" çağırılıb.
Jalə
Manşet.az