Taekvondoçularımızın rəqibləri bəlli oldu

21:02 - 2 İyun 2023

Taekvondoçularımızın rəqibləri bəlli oldu

Bakıda keçirilən taekvondo üzrə dünya çempionatında altıncı günün püşkü atılıb.

 

Manset.az xəbər verir ki, iyunun 3-də Azərbaycan millisinin daha 2 idmançısı mübarizəyə qoşulacaq.

62 kq-da Fatimə Məcidova mundailda debüt görüşünə 1/16 finaldan başlayacaq. O, ilk döyüşünü Kristina Kaspa (İtaliya) - Kiem Bak Ti (Vyetnam) cütünün qalibinə qarşı keçirəcək.

74 kq çəkidə qüvvəsini sınayacaq Eltac Qafarovun rəqibi 1/32 final qarşılaşmasının nəticəsinə əsasən bəlli olacaq. Taekvondoçu 1/16 finalda Vasilliy Peruniçiç (Çernoqoriya) - Çarlill Mersyer (Kanada) duelinin güclüsü ilə münasibətinə aydınlıq gətirəcək.

Qeyd edək ki, dünya çempionatı iyunun 4-də başa çatacaq.

Daha əvvəl Azərbaycanın 9 təmsilçisi medalsız qalıb.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin