<

Rusiyadan Paşinyanın bəyanatına REAKSİYA

20:51 - 2 İyun 2023

Rusiyadan Paşinyanın bəyanatına REAKSİYA

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın Baş naziri Nikol Paşinyanın İrəvanın Kiyevlə qarşıdurmada Moskvanın müttəfiqi olmadığı barədə açıqlamasına münasibət bildirib.

 

Manset.az Trend-ə istinadən xəbər verir ki, Peskov bu bəyanatı ciddi adlandırıb və Kremlin bunu nəzərə aldığını deyib.

"Ermənistanın Ukrayna ərazisindəki münaqişəyə münasibətində müəyyən nüanslar var. Rusiya Ermənistanla konseptual müttəfiqlik münasibətlərini inkişaf etdirməyə davam edir".

Xatırladaq ki, ötən gün Paşinyan Ermənistanın Ukrayna münaqişəsində Rusiyanın müttəfiqi olmadığını bəyan edib.


Xəbər xətti

3 Dekabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin