Ucarda yol qəzası oldu: yaralananlar var

20:32 - 2 İyun 2023

Ucarda  yol qəzası oldu: yaralananlar var

Ucarda yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az xəbər verir ki,  hadisə bu gün axşam saatlarında rayonun H. Əliyev prospektində qeydə alınıb. "VAZ-21010" və "Saipa" markalı maşınların toqquşması nəticəsində 4 nəfər Ucar rayon sakini - 2006-cı il təvəllüdlü Lətifov Ülvi Şüküroviç, 2005-ci il təvəllüdlü Elton Aydın oğlu Abbasov, 2006-cı il təvəllüdlü Aydın Güləhməd oğlu Məmmədov və 2006-cı il təvəllüdlü Mirmövsüm Mircəlal oğlu Mövsümov müxtəlif xəsarətlər alaraq Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

M. Mövsümovun vəziyyəti ağır olduğundan o, Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Fakt araşdırılır.


Xəbər xətti

7 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin