Çinin şimal-şərqində tornado: Xəsarət alanlar var - VİDEO

19:50 - 2 İyun 2023

Çinin şimal-şərqində tornado: Xəsarət alanlar var - VİDEO

İyunun 2-sində Çinin şimal-şərqindəki Liaoninq əyalətində tornado baş verib.

 

Manset.az "TGRT Haber"-ə istinadən xəbər verir ki,Tielinq şəhərindəki Cinquzi dağında baş verən təbii fəlakət nəticəsində 13 nəfər xəsarət alıb. 

Tornadonun təsirli olduğu nöqtələrdə ümumilikdə 60 ev yararsız hala düşüb, 300 hektar kənd təsərrüfatı sahəsinə ziyan dəyib.

Bildirilib ki, şəhərə yanğınsöndürmə və mühafizə dəstələri göndərilərkən elektrik naqillərinin təmirinə başlanılıb.

Bölgədə yüksək sürətli qatarların hərəkətinin də ləğv edildiyi açıqlanıb. Tornadoların Şenyan və Fuxin əyalətlərində də görüldüyü, ölən və yaralananların olmadığı öyrənilib.

Jalə

Manset.az


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin