Cüdoçularımız Tacikistanda 3 medal qazandı

19:41 - 2 İyun 2023

Cüdoçularımız Tacikistanda 3 medal qazandı

Azərbaycan cüdoçuları Tacikistanın paytaxtı Düşənbədə keçirilən Qran-Pri turnirinin ilk günündə üç medal qazanıblar.

 

Manset.az xəbər verir ki, Azərbaycan cüdoçusu Turan Bayramov (60 kq) qızıl medal uğrunda qarşılaşmada neytral statusda çıxış edən Ramazan Abdullayevlə üz-üzə gəlib. Rəqibinə ipponla uduzan T.Bayramov ikinci yerlə kifayətlənib. Digər təmsilçimiz Yaşar Nəcəfov (52 kq) üçüncü yer uğrunda görüşdə türkmənistanlı Hakim Ağaməmmədovla üz-üzə gəlib. İdmançımız cərimə xalları hesabına qalib gələrək turniri üçüncü pillədə başa vurub.

Turnirdə 52 kiloqram çəki dərəcəsində çıxış edən qadınlardan ibarət yığmamızın üzvü Gültac Məmmədəliyeva finalda neytral statusda çıxış edən Alesya Kuznetsovaya uduzaraq gümüş medalla kifayətlənib.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin