Misirdə qum fırtınası: Ölən və yaralananlar var (VİDEO)

19:22 - 2 İyun 2023

Misirdə qum fırtınası: Ölən və yaralananlar var (VİDEO)

Misirin paytaxtı Qahirədə qum fırtınası baş verib.

 

Manset.az  bu barədə "TRT Haber-ə istinadən xəbər verir.

Şəhərin mərkəzindəki reklam lövhəsi fırtınanın gücündən aşıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

Dünya ticarətinin təxminən 12 faizinin həyata keçirildiyi Süveyş kanalında şiddətli tufan və 4 metri keçən dalğalar səbəbindən 2 liman bağlanıb.

Süveyş kanalında da təsirli olan nəhəng qum fırtınası həvəskar kameralara əks olunub.

Kanaldakı gəmilərdən qeydə alınan görüntülərdə nəhəng qum fırtınasının səmanı bürüdüyü anlar kameraya əks olunub.

Qum fırtınasının təsirli olduğu bölgələrdə səmanın rəngi sarıya çevrilib.

Misir Səhiyyə Nazirliyinin verdiyi açıqlamada sakinlərə maska ​​taxmaq barədə xəbərdarlıq edilib.

Jalə

Manşet.az


Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin