Bu yaşayış məntəqələrində qaz kəsiləcək - XƏBƏRDARLIQ
21 Dekabr 2024
19:09 - 2 İyun 2023
Azərbaycanın İrandakı Səfirliyinə silahlı hücum edən cinayətkarı zərərsizləşdirən Vasif Tağıyev yenidən əməliyyat olunacaq.
Manset.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında anası Təranə Tağıyeva deyib.
O bildirib ki, oğlunun çənə sümüyü üzərində əməliyyat aparılacaq:
“Hücum zamanı Vasifə iki güllə dəymişdi. Çənəsinin bərpası üçün implant qoyulub. İndi əməliyyat edib, onları çıxarmaq lazımdır. Rahat yemək yeyə bilmir. Eyni zamanda, üzündə əyrilik yaranıb”.
Qeyd edək ki, V.Tağıyev hücum zamanı altı qəlpə yarası almış və əməliyyat olunmuşdu.
Xatırladaq ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 08:30-da Azərbaycan Respublikasının İrandakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı - Mahir İmanov və Vasif Tağıyev - hücumun qarşısını alarkən yaralanıb.
Öldürülən baş leytenant O.Əsgərov yanvarın 30-da İkinci Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin