ABŞ və Çin müdafiə nazirləri qısa danışıqlar apardı

18:24 - 2 İyun 2023

ABŞ və Çin müdafiə nazirləri qısa danışıqlar apardı

ABŞ müdafiə nazir Lloyd Ostin çinli həmkarı Li Şanqfu ilə qısa danışıqlar aparıb.

 

Manset.az xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Pat Rayder məlumat verib.

Onun sözlərinə görə, nazirlər Sinqapurda Şanqri-La Dialoqunun açılış mərasimində qısa görüş keçirib.

"Nazirlər əl sıxdı, lakin əhəmiyyətli fikir mübadiləsi olmadı", - sözçü deyib.


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin