Paşinyan Ərdoğanın inauqurasiyasında iştirak edəcək

17:51 - 2 İyun 2023

Paşinyan Ərdoğanın inauqurasiyasında iştirak edəcək

Xəbər verdiyimiz kimi, iyunun 3-ü Türkiyədə yenidən prezident seçilən Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi keçiriləcək.

 

Manset.az “Qafqazinfo”ya istinadən məlumatına görə, tədbirdə Azərbaycan, Şimali Kipr, Qazaxıstanla yanaşı, 20-yə yaxın ölkənin dövlət və hökumət başçılarının iştirakı gözlənilir. 

Bununla yanaşı, Ermənistanın Baş naziri Nikol Paşinyanla NATO Baş katibi Yens Stoltenberqin də inauqurasiya mərasiminə qatılmaq üçün Türkiyəyə səfər edəcəyi planlaşdırılır. 

Ermənistan Nazirlər Kabineti, öz növbəsində, Paşinyanın andiçmə mərasimində iştirak üçün Ankaraya səfər edəcəyini təsdiqləyib.


Xəbər xətti

18 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin