“Qarabağ” futbol klubu avrokuboklarda təsnifat mərhələsinin ev oyunlarını Bakı Olimpiya Stadionunda (BOS) keçirəcək.
Manset.az prosport.az-a istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionu təmirə bağlandığından, “Azərsun Arena” isə avrokubok matçlarını keçirmək üçün tələblərə tam cavab vermədiyindən “Qarabağ” BOS-da oynamağa razılıq verib.