Kreml Paşinyana cavab verdi

16:47 - 2 İyun 2023

Kreml Paşinyana cavab verdi

“Rusiya Ermənistanın Ukraynadakı münaqişə ilə bağlı mövqeyini nəzərə alır”.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib.

“Bilirik ki, Ermənistanın Ukrayna ətrafındakı münaqişəyə yanaşmasında müəyyən nüanslar var. Biz bunu bilirik və nəzərə alırıq”, - deyə Peskov qeyd edib. 

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan “CNN Prima News”a müsahibəsində bildirib ki, Ermənistan Ukrayna ilə müharibədə Rusiyanın müttəfiqi deyil.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin