Quba rayonunun sakinlərini “Açıq mikrofon”a gətirən səbəblər - FOTOLAR

16:33 - 2 İyun 2023

Quba rayonunun sakinlərini “Açıq mikrofon”a gətirən səbəblər - FOTOLAR

Qubanın 2-ci Nügədi kəndində yeni yaşayış massivinin qazlaşdırılması ilə bağlı müraciətlər bu gün adıçəkilən rayonda keçirilən “Açıq mikrofon” aksiyasında ünvanlanıb.

 

Manset.az xəbər verir ki, eyni müraciətlə Timirzayev kəndindən qatılan sakinlər də çıxış ediblər. Səslənən digər 14 müraciət arasında isə debitor borcun araşdırılması, fərdi yaşayış evinin qazlaşdırılması və sayğacın yenisi ilə əvəzlənməsi kimi məsələlər yer alıb.

Aksiyada çıxış edən hər bir sakinə müraciətləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, sakinlərin qaz təchizatı ilə bağlı üzləşdiyi hər bir çətinlik Birliyin səlahiyyətləri çərçivəsində qısa zaman ərzində həllini taparaq aradan qaldırılacaq.    


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin