Bu yolda hərəkət məhdudlaşdırılacaq

15:21 - 2 İyun 2023

Bu yolda hərəkət məhdudlaşdırılacaq

4 iyun saat 09:00-dan 15:00-dək Bakı şəhəri, Nəsimi rayonunun  Alı Mustafayev küçəsində (20 Yanvar dairəsi istiqamətində, tunelin çıxışında) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

 

Bu barədə Manset.az-a AAYDA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Sürücülərdən qeyd olunan saatlarda sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur. 


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin