Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çempionlar Liqasının finalında "İnter" - "Mançester Siti" matçını izləyəcək.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, yarış Türkiyənin ən böyük şəhəri olan İstanbulda keçiriləcək.
Bildirilib ki, oyunu Rəcəb Tayyib Ərdoğanla birlikdə BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan da izləyəcək.