Azərbaycanda nə qədər müharibə əlili var? - RƏSMİ AÇIQLAMA

13:37 - 2 İyun 2023

Azərbaycanda nə qədər müharibə əlili var? - RƏSMİ AÇIQLAMA

"Bu günə kimi 4 minə yaxın vətəndaşla bağlı əlillik təyinatı aparılıb. Hazırda bu komisiyalar davam edir".

 

Manset.az xəbər verir ki, bunu Real TV-yə açıqlamasında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim-eksperti Namiq Seyfəddinli bildirib.

Onun sözlərinə görə, müharibədə iştirak etmək hələ əlil olmaq demək deyil: "Bəzən müraciət edilir ki, müharibədə döyüşüblər və ona mütləq əlillik təyin edilməlidir. Amma müharibədə döyüşmək hələ əlil olmaq demək deyil. Hətta yaralanmayanlar da müraciət edirlər ki, onlara pensiya təyin olunsun. Amma əlillik təyin olunması üçün xəsarət alınmalıdır".


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin