Körfəz ölkələri vətəndaşlarından Marburq virusunun yayıldığı Tanzaniya və Ekvatorial Qvineyaya səfərlərini təxirə salmalarını istəyib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Xarici İşlər Nazirliyi vətəndaşlarına adıçəkilən ölkələrə getməməklə bağlı xəbərdarlıq edib. Bəyanatda hazırda Tanzaniya və Ekvatorial Qvineyada olan BƏƏ vətəndaşlarını sayıq olmağa və təhlükəsizlik təlimatlarına əməl etməyə çağırıb.
Küveyt Səhiyyə Nazirliyi də Marburq virusu nəzarət altına alınana qədər vətəndaşlarını Tanzaniya və Ekvatorial Qvineyaya səfərlərdən çəkinməyə çağırıb.