İtaliyaya gələn milyonlarla turistin əsas məkanı olan, intibah dövrünün beşiyi sayılan Florensiyada kirayə mənzillərlə bağlı maraqlı qərar qəbul edilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Florensiyanın meri Dario Nardella verdiyi açıqlamasında UNESCO tərəfindən xüsusi ərazi olaraq təyin olunan Florensiyanın tarixi şəhər mərkəzində qısamüddətli yaşayış evlərinin kirayə verilməsinin dayandırılacağını bildirib.
Qərarın iyunun 1-dən etibarən qüvvədə olacağı bildirilir.