“Ukrayna ilə müharibədə Rusiyanın müttəfiqi deyilik” - Paşinyan

10:09 - 2 İyun 2023

“Ukrayna ilə müharibədə Rusiyanın müttəfiqi deyilik” - Paşinyan

“Ermənistan Ukrayna ilə müharibədə Rusiyanın müttəfiqi deyil”.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “CNN Prima News”a müsahibəsində deyib.

Paşinyan Ermənistanla Rusiya arasında tərəfdaşlıq məsələləri, eləcə də Rusiyanın Ukraynada həyata keçirdiyi hərbi əməliyyat barədə danışarkən deyib:

“Rusiya ilə müttəfiq olduğumuzu dediniz. Əlbəttə, bu barədə heç vaxt açıq şəkildə danışılmayıb, amma düşünürəm ki, bu, aydındır. Ukrayna ilə müharibə məsələsində biz Rusiyanın tərəfdaşı deyilik. Bu müharibə ilə bağlı düşündüklərimizə gəldikdə isə deyə bilərəm ki, bu münaqişə narahatlıq doğurur, çünki bu, birbaşa olaraq bizim bütün münasibətlərimizə təsir edir”.


Xəbər xətti

24 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin