"Sevilya" - "Roma" matçının baş hakiminə hücum oldu - ANBAAN VİDEO

09:47 - 2 İyun 2023

Macarıstanda "Sevilya" ilə "Roma" arasında baş tutan UEFA Avropa Liqasının final oyununu idarə edən, mübahisəli qərarları ilə yadda qalan baş hakim Entoni Teylor hücuma məruz qalıb.

 

Manset.az baku.ws-ə istinadən xəbər verir ki, hadisə Budapeşt hava limanında baş verib.

İtaliyalı fanatlar FIFA referisinin və ailəsinin əleyhinə şüarlar səsləndiriblər. Ardınca isə tərəfdarlar Teylor və yaxınlarına fiziki təzyiq göstərməyə çalışıblar.

Hadisə yerinə təhlükəsizlik xidmətinin əməkdaşları cəlb olunub.

Xatırladaq ki, həmin görüşdə "Sevilya" 7-ci dəfə titula sahib çıxıb. "Roma"nın baş məşqisi Joze Mourinyo avtobusa minərkən Teylorun üzərinə yeriməyə çalışıb və təhqirlər səsləndirib.

BAKU.WS

VİDEO


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin