Zelenskidən İlham Əliyevlə görüşü barədə paylaşım - VİDEO

09:11 - 2 İyun 2023

Zelenskidən İlham Əliyevlə görüşü barədə paylaşım - VİDEO

“Biz Azərbaycanın Kiyev vilayətində infrastruktur obyektlərinin bərpasında iştirakını yüksək qiymətləndiririk”.

 

Manset.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Moldovada Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünə həsr olunmuş paylaşımında yazıb.

“Ölkəmizin gələcək yenidənqurmasında yardıma ümid edirik. Müharibədən sonrakı dövrdə biz Azərbaycanın Ukraynadakı investisiya layihələrində fəal iştirakını gözləyirik. Biz Ukrayna sülh formulu əsasında sabit və ədalətli sülhə nail olmaq üçün Ukraynanın təşəbbüslərini dəstəkləməkdə Azərbaycanın fəal iştirakına inanırıq”, - Zelenski qeyd edib.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin