Türkiyədə iki ailə arasında keçmişdə yaranan düşmənçilik səbəbindən silahlı dava baş verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, silahlı davada 1 nəfər ölüb, bir qadın isə ağır yaralanıb. Hadisə Rizənin Kırklartəpə kəndində baş verib.İddialara görə, iki ailə arasında keçmişdən gələn düşmənçilik zəminində mübahisə düşüb. Mübahisə böyüdükcə Şensoy K. tapançası ilə vurduğu Fatma Y-ni yaralayıb.Fatma Y-nin həyat yoldaşı İ.Y. isə tapança ilə Şensoy K-ni vuraraq öldürüb.
Təcili yardımın ilk müdaxiləsindən sonra Fatma Y Rəcəb Tayyib Ərdoğan Universiteti Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.
Hadisəni törətməkdə şübhəli bilinənlərdən biri S.Y polis tərəfindən qısa müddətdə yaxalanarkən, şübhəli S.Y-nin tutulması üçün işlərin davam etdiyi bildirilib.