Azərbaycanın Ukraynadakı səfiri tezliklə fəaliyyətə başlayacaq

22:10 - 1 İyun 2023

Azərbaycanın Ukraynadakı səfiri tezliklə fəaliyyətə başlayacaq

Azərbaycanın Ukraynaya yeni səfiri təyin olunub və səfir tezliklə fəaliyyətə başlayacaq.

 

Manset.az xəbər verir ki, bunu iyunun 1-də Moldovanın paytaxtı Kişineuda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə deyib.

Görüşdə Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əlaqələr ətrafında fikir mübadiləsi aparıldı, Prezident İlham Əliyevin 2022-ci ilin yanvarında Ukraynaya səfəri və səfər zamanı keçirilmiş müzakirələr qeyd edildi. Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olundu.


Xəbər xətti

6 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin