Hindistanda hərbi təlim təyyarəsi qəzaya düşdü

21:26 - 1 İyun 2023

Hindistanda hərbi təlim təyyarəsi qəzaya düşdü

Hindistanda Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsi Karnataka ştatında qəzaya uğrayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə,  təyyarə Karnataka ştatında adi təlim uçuşu zamanı qəzaya düşüb. Pilot və köməkçi pilotun sağ qaldığı bildirilir. Qəzanın səbəblərini müəyyən etmək üçün araşdırmalara başlanılıb.

Qeyd edək ki, Hindistanda mayın 8-də “MiQ-21” tipli döyüş təyyarəsi Rajastan əyalətinin Hanumanqarh bölgəsində yaşayış məntəqəsinə düşüb və 2 mülki şəxs həlak olub.


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin