Generalının oğlunun məşhur orkestri dağıldı - Özü istefa verdi (FOTO)

11:52 - 9 Sentyabr 2021

Generalının oğlunun məşhur orkestri dağıldı - Özü istefa verdi (FOTO)

Fövqəladə Hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağı-zadənin oğlu Cavad Tağı-zadənin yaratdığı məşhur orkestr dağılıb.

Manset.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Azərbaycan Bəstəkarlar İttifaqının nəzdində fəaliyət göstərmiş, Cavad Tağı-zadənin bədii rəhbəri və baş dirijoru olduğu "Baku Sinfonietta" orkestri ləğv edilib. 

Qeyd edək ki, "Baku Sinfonietta" orkestri dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanda respublika və beynəlxalq əhəmiyyətli tədbirlərdə çıxış edib. 

Cavad Tağı-zadə həmçinin Bakı Musiqi Akademiyasındakı işindən də istefa verib.

Xatırladaq ki, Tağı-zadə Cavad Faiq oğlu - Skripka ifaçısı və dirijordur. Nazim Əliverdibəyov adına gənc ifaçıların IV ümumşəhər müsabiqəsinin qalibidir. İtaliyada keçirilən Beynəlxalq İfaçılıq müsabiqəsində 2-ci dərəcəli diploma layiq görülüb. "Oazis" simli kvartetinin və "Ad libitum" müasir antrepriz ansamblının yaradıcısıdır.



Xəbər xətti

14 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin