İsveçin paytaxtı Stokholmun qərbində yerləşən Eskilstuna şəhərində məktəb yaxınlığında iki qrup arasında dava düşüb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, əraziyə polis və həkim briqadası göndərilib. Polisin verdiyi açıqlamada 15 yaşlı 4 şagirdin bıçaqlanaraq xəstəxanaya aparıldığı bildirilib. Hadisənin terrorla əlaqəsi olub-olmaması barədə məlumat yoxdur.
Faktla bağlı iki nəfər nəzarətə götürülüb.