Azərbaycan idmançılarının iyun ayı üçün reytinq cədvəli açıqlandı

20:50 - 1 İyun 2023

Azərbaycan idmançılarının iyun ayı üçün reytinq cədvəli açıqlandı

Gənclər və İdman Nazirliyi Olimpiya idman növləri üzrə milli komandaların üzvlərinin iyunun 1-nə olan reytinq cədvəlini açıqlayıb.

 

Manset.az nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, siyahıya 910 xalla bədii gimnast Zöhrə Ağamirova başçılıq edir.

885 xala malik bədii gimnastika üzrə qrup hərəkətləri komandası ikinci sıradadır. İdman gimnastı İvan Tixonov isə 405 xalla üçüncü pilləyə yüksəlib.

Reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara əsasən aparılır. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin